İQTİSADİYYAT 2020.09.16 14:20

Azərbaycan nefti bahalaşıb

25

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 15-də 40,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel çoxdur.

Bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 38,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 39,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı