İQTİSADİYYAT 2020.11.05 11:34

Azərbaycan nefti bahalaşıb

42

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 4-də 40,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,47 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,45 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 39,44 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel çoxdur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı