İQTİSADİYYAT 2020.09.17 14:20

Azərbaycan nefti bahalaşır

24

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 42,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel çoxdur.

Bu ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 40,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,8 dollar/barel çoxdur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı