İQTİSADİYYAT 2020.11.11 13:23

Azərbaycan nefti bahalaşır

48

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 10-da 43,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 42,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 41,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı