İQTİSADİYYAT 2020.10.13 13:13

Azərbaycan nefti ucuzlaşıb

49

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 12-də 40,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 40,19 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel azdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı