BAXIŞ BUCAĞI 2020.05.06 20:25

Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə aparır

221

COVID-19-un bir çox ölkələrin və beynəlxalq təşkilatların fəaliyyətini iflic etdiyi bir vaxtda ölkəmiz yerli, regional və qlobal sahədə aktivlik göstərir

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirirəm. 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının çıxış edərək fikir mübadiləsi apardığı bu mötəbər tədbirin Azərbaycanın, Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir.Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə aparır

Pandemiyanın bir çox ölkələrin və beynəlxalq təşkilatların fəaliyyətini iflic etdiyi bir vaxtda Azərbaycanın yerli, regional və qlobal sahədə aktivlik göstərməsini müşahidə edirik. Prezident İlham Əliyev bu bəlaya qarşı yalnız ölkə daxilində deyil, həm də qlobal miqyasda mübarizə aparmaqdadır. Bir neçə gün bundan əvvəl İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasına üzv olan ölkələrin dövlət başçılarının Zirvə Sammitinin keçirilməsi, indi isə Qoşulmama Hərəkatına daxil olan dövlətlərin rəsmilərinin videokonfransının keçirilməsi buna əyani sübutdur.

Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilat, necə deyərlər ən böyük beynəlxalq platformadır. Azərbaycanın bu quruma sədrlik etməsi, bu potensialdan ölkəmizin həqiqətlərinin təbliği baxımından da müsbətdir. Videokonfrans formatında keçirilən Zirvə görüşündə BMT Baş Assambleyası sədrinin, Afrika İttifaqının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Avropa İttifaqının ali nümayəndəsinin iştirakını isə xüsusi vurğulamaq istəyirəm. Onların iştirakını həm də Azərbaycana, onun təşəbbüsünə verilmiş qiymət, dəstək kimi də dəyərləndirirəm.

COVID-19 pandemiyasının yayıldığı bir vaxtda bəşəriyyətin həmrəyliyə, qarşılıqlı dəstəyə böyük ehtiyacı var. Azərbaycan da məhz bu həmrəyliyi göstərməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına zərbə vurmasına baxmayaraq, Azərbaycan çox çətin durumda ölan ölkələrə də yardım edir. Azərbaycanın bu təşəbbüsü, yardıma ehtiyacı olan ölkələrə dəstək əlini uzatması beynəlxalq ictimaiyyət tərəfindən, xarici ölkələrin mediası vasitəsilə təqdir olunur, alqışlanır.

Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir.

Mübariz Göyüşlü

Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı