Azərbaycan paralimpiyaçıları paraşütlə tullanma üzrə beynəlxalq turnirdə iştirak edib

Azərbaycan paralimpiyaçıları Belarusun paytaxtı Minskdə paraşütlə tullanma idman növü üzrə beynəlxalq turnirdə iştirak ediblər.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib ki, yarışa 8 ölkədən 24 idmançı qatılıb. Turnirin nəticəsinə görə, idmançılarımızdan Vüsalə Kərimova 14-cü, Babayeva Kəmalə isə 19-cu yerə layiq görülüblər.

İdmançılarımız sentyabrın 19-da vətənə dönəcəklər.

Qeyd edək ki, sentyabrın 14-də Minskdə əlil arabasında idman rəqsi üzrə 20-ci Açıq Belarus çempionatında Vüsalə Kərimova və Fərid Mehdiyev Latino Klass 2 və Kombi Fristayl Klass 2 növlərində uğurla çıxış edərək çempionatın qızıl medallarını qazanıblar.

Məlumat üçün bildirək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşütlə tullanma idman növünün dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Azərbaycan Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşıb. Artıq ənənəvi olaraq hər il Minsk şəhərində paraşütlə tullanma idman növü üzrə beynəlxalq yarışlar təşkil olunur.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here