ƏSAS SƏHİFƏ

Azərbaycan parlamentariləri Moskvada beynəlxalq konfransda iştirak edəcəklər

184

Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti “Parlamentarilər narkotiklərə qarşı” adlı beynəlxalq parlament konfransında iştirak etmək üçün Moskvaya səfərə yola düşəcək.

Milli Məclisdən verilən məlumata görə, tədbirə dünyanın 60-dan çox ölkəsindən parlament rəhbərləri və aparıcı ekspertlər dəvət olunub.

Beynəlxalq konfransın plenar iclasında Rusiya Dövlət Dumasının sədri Vladimir Volodin və Dumadakı fraksiyaların liderləri, BMT-nin və Şanxay Əməkdaşlıq Təşkilatının təmsilçiləri, Rusiyanın xarici işlər və səhiyyə nazirləri, konfransda iştirak edən xarici parlament nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər. Azərbaycan nümayəndə heyətinin başçısı Z. Əsgərov çıxışı zaman narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair fikirlərini bölüşəcək, təkliflərini diqqətə çatdıracaq.

Plenar iclasdan sonra konfrans öz işini üç seksiyada davam etdirəcək. Narkotikdən asılılığın aradan qaldırılması və narkomanların reabilitasiyasında müasir metodlar, narkotəhlükəyə qarşı mübarizə məsələləri gündəmdə olacaq. Milli Məclisin birinci vitse-spikeri “Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin qanunvericiliklə tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusuna həsr olunmuş seksiyada aparılan müzakirələrə qatılacaq.

Səfər dekabrın 5-də başa çatacaq.

APA

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı