Əcnəbi və vətəndaşlığı olmayan şəxslər (şagirdlər) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etdikləri zaman qanunvericilikdə (Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 46-cı maddəsi) nəzərdə tutulan digər sənədlərlə yanaşı, orta ümumtəhsil müəssisəsində təhsil almaları barədə aşağıdakı məzmunda arayış da təqdim etməlidirlər.
