CƏMİYYƏT 2020.05.01 17:22

Azərbaycan sağalan xəstələrin plazmasını istifadə edir – TƏBİB

32

2020-ci ilin mart ayından bəri Pandemiya elan edilən koronavirusla mübarizə tədbirləri davam edir. 3 milyon 321 min 70 nəfər koronavirusa yoluxub və 300 min nəfər bu virusdan dünyasını dəyişib.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

“Biz dünyada baş verən prosesləri yaxından təqib edirik və rahatlaşmağa əsas yoxdur.

Bütün müayinələr laboratoriyalarda davam edir. Bu həftə Sumqayıt şəhərində laboratoriya istifadəyə verildi və beləliklə bütün böyük şəhərlərdə laboratoriyalar istifadəyə verilib. Artıq 150 minə yaxın test edilib. Pozitiv test nəticəsi çıxanların təmasda olduqları müəyyən edilərək, nəzarət altına alınıblar.

E-TƏBİB məlumat bazası yoluxanların və onlarla təmasda olanların məlumatlarını toplayır”.

O qeyd edib ki, xəstəxanalarında uğurlu müalicə taktikaları tətbiq edilir və ən əsası erkən müalicə tətbiq edilir: “Aşkar olunan xəstələrin müalicəsi vaxtında başlanılır və süni tənəffüs aparatına erkən qoşulmanın qarşısı alınıb. Artıq ölkəmizdə sağalanların plazmasının əldə olunması və ağır xəstələrə tətbiq edilməsinə başlanılıb.

Xüsusi proqramla donorların müayinəsi aparılır və ilkin donorlardan sabahdan etibarən plazmalar alınacaq”

O qeyd edib ki, sağalanların sayı 1326 nəfərdir. Ən yaşlı sağalan xəstəmizin 92 yaşı var.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı