ƏSAS SƏHİFƏ

“Azərbaycan Sosial İş” İctimai Birliyi konfrans keçirəcək

935

Azərbaycan Sosial İş İctimai Birliyi 18 dekabr 2014-cü il “Azərbaycanda Sosial İş təhsilinin və Peşəsinin İnkişafı Sahəsində Dövlət, Universitet və QHT əməkdaşlığının Əhəmiyyəti” adlı konfransı keçirəcəkdir.

Konfransda ölkədə sosial iş təhsili və təcrübəsi sahsində görülən işlər, əldə olunan nəaliyyətlər, əsas çətinliklər və həll yolları, Universitet, QHT və Dövlət əməkdaşlığının prioritet istiqamətləri müzakirə olunacaqdır.

Konfransda həmçinin Birliyin bir illik hesabatı, o cümlədən Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək “Sosial iş üzrə təhsilin beynəlxalq standartlara uyğunlaşdırmaq üçün mövcud təhsil standardlarının təkmilləşdirilməsi” layihəsinin təqdimatı da olacaqdır.

Konfrans 18 dekabr, saat 14:00-18:00 arası Cəfər Cabbarlı 44, ünvanında yerləşən Kaspian Plazada keçiriləcəkdir.

Konfransda dövlət qurumlarının, universitetlərin, yerli və beynəlxalq QHT-lərin iştirakı gözlənilir. Konfrans iki hissədən ibarət olacaqdır: təqdimatlar və müxtəlif mövzular üzrə işçi qruplarda işlər.

Konfransda aşağıdakı sahələr üzrə təqdimatlar tələb olunur:

  1. Sosial işin təhsili
  2. Sosial işin müxtəlif sahələri üzrə QHT praktikası
  3. Sosial işin müxtəlif sahələri üzrə Dövlət praktikası

Konransda təqdimatla çıxış etmək istəyən mütəxəssislərdən təqdimatlarını 7 dekabr 2014-cü ilədək [email protected] ünvanına yollaya bilərlər. Təqdimatlar təsdiq olunduğu halda 12 dekabr təqdimatçıya təsqid məktubu və təqdimatın forması və müddəti haqqında məlumat göndəriləcəkdir.

İştirak etmək istəyən tələbələr isə aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

http://goo.gl/forms/8gE46Xkd77

Əlavə suallar üçün:
+994553613506 nömrəsinə zəng edə və ya [email protected] unvanina yaza bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı