ELM VƏ TƏHSİL

“Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V respublika elmi konfransı

784

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2015-cü il aprelin 7-də “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V respublika elmi konfransının keçirilməsi planlaşdırılır. Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulub:

muzeylərdə elmi, fond və ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi
muzey pedaqogikası və tarixi tədqiqatlar
Azərbaycan tarixinin təbliğində muzeylərin rolu
Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri
Konfransda iştirak etmək üçün məruzələrin tezisləri və anket 2015-ci il martın 5-dək [email protected] elektron ünvanına göndərilməlidir.

Tezislərin tərtibatına dair tələblər:

Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
Mətnin həcmi – 1 səhifəyədək.
Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur. Məruzələrin tərtibinə dair tələblər:

kağızın formatı – A4, Word redaktorunda;

həcmi – 4 səhifəyədək;

şrift – Times New Roman 14;

sətirlərarası interval – 1,5;

istinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10, interval 1).

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

Təşkilat komitəsinin koordinatları:

Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi.

Telefon: (99412) 4932387

(99412) 5981740

(99412) 5981739

Faks: (99412) 5985211

Elektron poçt: [email protected]

Veb-sayt: www.azhistorymuseum.az

Əlaqələndirici şəxs: t.ü.f.d. Bəhmən Kərimov

Anket (doldurulması mütləqdir)

İştirakçının adı və soyadı

Şəhər, rayon

İş yeri, vəzifəsi, iş yerinin ünvanı və telefonu

Əlaqə telefonu

E-mail ünvanı

Elmi adı, dərəcəsi

Məruzənin tam adı

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı