ƏSAS SƏHİFƏ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN TƏLƏBƏ, DOKTORANT VƏ REZİDENTLƏRİ ÜÇÜN ÖDƏNİŞSİZ SEMİNAR

640

TARİX: 04 APREL 2015-ci il, saat 11:00

YER: ATU-nun Stomatolojı Klinikasının konfrans zalı

MÖVZU: PARODONTOLOJI MÜALİCƏ
– Parodontologiyanın ölkəmizdə və dünyadakı mövcut vəziyyəti
– Diş əti xəstəliklərinin klassifikasiyası və etiologiyası
– Parodontolojı müayinə
– Parodontolojı müalicənin əsas mərhələləri
– Parodontolojı alətlərin istifadə prinsipləri
– Xroniki və aqressiv parodontitin müalicə protokolu

Dr. CAVID ƏHMƏDBƏYLİ
2005-ci ildə Yeditepe Universitetinin (Istanbul) stomatologiya fakültəsini bitirmişdir. Yeditepe Universitetində professor Selçuk Yılmazın rəhbərliyi altında Avropa Parodontologiya Federasiyası (APF) tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramını bitirmişdir və 2011-ci ildə parodontologiya və implantologiya sahəsində APF-in mütəxəssis (uzmanlık) diplomunu almışdır. 2012-ci ildə həmin universitetdə tibb elmində parodontologiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb.
Azərbaycan Parodontologiya Cəmiyyətinin təsisçisi və prezidentidir. Bakıdakı 5A Dent estetik stomatoloji klinikada parodontologiya və implantologiya bölməsinə rəhbərlik edir.

Dr. ASLAN MƏMMƏDOV
2001-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsini bitirmişdir. 2004-ci ildə Almaniyanin Erlangen-Nurenberg universitetinin klinikasinda Operativ stomatologiya və Parodontologiya şöbəsində rezidentura proqramını bitirmişdir. 2006-ci ildə Hamburg Eppendorf Universitetinin Mərkəzi Klinikasinda Oral Implantologiya üzrə curriculum keçmişdir. 2007-2010-ci illər ərzində Almaniyada Münxen IPI institunun Parodontologiya üzrə İxtisaslaşma Programını bitirmişdir. 2011-2013-ci illərdə Almaniyanida Frankfurt şəhərində W.Goethe Universitetində 2 illik təhsildən sonra, Oral Implantologiya üzrə «Master of Science» (MSc) elmi ixtisas dərəcəsini almışdır. 2013-2015-ci illər ərzində Avstriyada Vena Tibb Universitetinin Parodontologiya kafedrasinda elmi araşdırmalar və parodontologiya ixtisasi üzrə təhsilini davam etdirməkdədir və 2014-ci ildə həmin universitetdə Avstriya Parodontologiya Cəmiyyətinin mütəxəssis sertifikatını almışdır. Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidentidir. 2007-ci ildən Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasinin assistent vəzifəsində çalışır.

ATU-nun əməkdaşları və tələbələri – ÖDƏNİŞSİZ

!!!Qeyd: 31 mart 2015-ci il tarixinədək qeydiyyatdan keçənlər Azərbaycan Parodontologiya Cəmiyyətinin sertifikatı ilə təmin olunacaqlar.

SEMİNARA QEYDİYYAT:
ATU-nun Stomatolojı Klinikası
Zülfiyyə Muradova
Tel: 055 6545245

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı