İQTİSADİYYAT 2020.10.10 17:08

Azərbaycan Ukraynaya 200 milyon dollarlıq neft ixrac edib

74

Ukrayna 2020-ci il yanvar-sentyabr aylarında Azərbaycandan 199,827 milyon dollar məbləğində neft nə neft xammalı idxal edib.

Trend bu barədə Ukraynanın Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Hesabat dövründə Ukrayna ümumilikdə 962 683 ton neft idxal edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

Azərbaycanın Ukraynanın idxalında payı 63,8 faizə bərabər olub.

Ukraynanın 2020-ci il yanvar-sentyabr aylarınd idxal etdiyi neft və neft xammalının məbləği 313,187 milyon dollara bərabər olub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı