İDMAN 2020.11.11 08:30

Azərbaycan xalqı səhər yuxudan qalib kimi oyandı – Byazi

37

Hamını bu böyük gün, qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı səhər yuxudan artıq qalib xalq kimi oyandı. Nəhayət, 30 illik münaqişəyə son qoyulur. Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram.

Axar.az xəbər verir ki, bunu futbol üzrə Sloveniya yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, yoldaşlıq oyununda daha çox yeni cəlb etdiyimiz oyunçulara şans verəcəyəm. Oyuna yaxşı hazırlaşmaq üçün yetərli vaxtımız olmayıb. Toplanışa dəvət olunan futbolçularla bərpa məşqləri keçmək imkanımız olub. Bütün oyunlar bizim üçün vacibdir. Oyunda qalib gəlmək üçün mübarizə aparacağıq.

“Hər zaman demişəm, millinin qapısı hər bir futbolçunun üzünə açıqdır. Kim özünü yaxşı tərəfdən göstərsə, dəvət alacaq. Kim verilən şansdan istifadə edə bilməsə, özünü doğrultmasa, millinin qapısı üzünə bağlana bilər”, – deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, Sloveniya-Azərbaycan matçı noyabrın 11-də Lyublyanadakı “Stejiçe” stadionunda keçiriləcək.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı