CƏMİYYƏT 2020.10.12 17:08

Azərbaycanda 122 nəfər COVID-19-a yoluxdu, 47 nəfər sağaldı

23

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycanda indiyədək ümumilikdə 42 104 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2091 nəfərdir.

Ölkədə son sutka ərzində 3 551, hazırkı dövrədək isə 1 180 271 test aparılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı