RƏSMİ 2020.10.10 16:53

Azərbaycanda 233 nəfər COVID-19-a yoluxdu, 106 nəfər sağaldı, 3 nəfər vəfat etdi

24

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41 752 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib, aktiv xəstə sayı 1909 nəfərdir.

Ölkədə son sutka ərzində 7 594, hazırkı dövrədək isə 1 169 656 test aparılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı