CƏMİYYƏT 2020.04.09 01:45

Azərbaycanda 82 yaşlı qadın koronavirusdan sağaldı

101

Bu gün Azərbaycanda koronavirusa yoluxanlar arasında 2 yaşından 90 yaşına qədər xəstələr var.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sağalanlardan biri 82 yaşındadır: “Sağalma orqanizmin virusa cavabından asılıdır. Dünya təcrübəsi göstərir ki, yanaşı gedən xəstəlikləri olanlar vəfat edir. Ölənlər əsasən onkoloji, ürək çatışmazlığı, revmotoloji xəstəlikləri olan, içdikləri dərmanların əlavə təsirləri yüksək olan xəstələrdir”.

Medicina.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı