CƏMİYYƏT 2020.05.02 22:11

Azərbaycanda ağır qəza: ölü və yaralılar var

65

Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ-21011 və “Dayevo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı