ƏSAS SƏHİFƏ

Azərbaycanda aqrosığorta üzrə vahid Fond yaradılacaq

106

Azərbaycanda aqrosığorta sahəsi ilə məşğul olan vahid institut yaradılacaq. Bunu Trend-ə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yerli nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib.

Hazırda IFC Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə aqrosığorta sisteminin ölkəmizdə tətbiqinə dair layihə üzərində işləyir.

A.Əzimova bildirib: “Hazırda biz bu sahədə qanunvericiliyin yaxşılaşdırılması üzərində işləyirik. Bundan əlavə, aqrosığorta sahəsi ilə məşğul olacaq institut modelinin seçimi ilə bağlı danışıqlar da gedir”.

Onun sözlərinə görə, Fond, bu sahə üzərində işləməkdən əlavə sığorta məhsullarının hazırlanması ilə də məşğul olacaq: “Biz gələn il ilkin sığorta məhsulları hazırlamaq üçün, aqrosığorta sahəsində risklərin qiymətləndirilməsi üçün məlumatlar toplayırıq”.

http://virtualaz.org

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı