ELM VƏ TƏHSİL

Azərbaycanda bu universitetin tələbələri əlavə 100 manat alacaqlar

328

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Elmi Şurası tələbələr üçün faydalı qərar verib.

ANS PRESS-in xəbərinə görə, yeni qərara əsasən, təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dan yuxarı bal toplayaraq, 1-ci kursa daxil olan hər bir tələbəyə universitet hesabına əlavə təqaüd veriləcək.

Belə ki, 2015-2016-cı tədris ilinin ilk semestri müddətinə təyin olunacaq təqaüdün məbləği 100 manat müəyyən edilib.

Həmçinin, universitetdə qəbul edilmiş digər qərara uyğun olaraq, hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd ADİU tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı