Azərbaycanda ilk musiqi telekanalı yayıma başlayacaq

Hazırda yeni telekanalın anonsunu edən infokart test rejimində əlçatandır.

Bu il aprelin əvvəlində Azərbaycanda “Azerbaijan Music Channel” (AMC) adlı ilk musiqi telekanalı yayıma başlayacaq.

Telekanalın yayımı “Azerspace-1” peykinin köməyi ilə açıq rejimdə həyata keçiriləcək. Hazırda yeni telekanalın anonsunu edən infokart test rejimində əlçatandır.

Yeni telekanal Azərbaycan, Rusiya, Türkiyə və Qərb ifaçılarının videokliplərini yayımlayacaq.

Televiziya kontentinə baxmaq üçün peyk antenlərini aşağıdakı şəkildə tənzimləmək lazımdır: tezlik – 11135 MHz, sürət – 27500, polyarizasiya – Horizontal, FEC – 5/6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here