Azərbaycanda qızıl hasilatı 3 dəfə artıb

Azərbaycanda qızıl hasilatı artıb, gümüş hasilatı isə azalıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin yanvar-avqust aylarında ölkədə 3 934,5 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 15,5% azalaraq 213,6 kq təşkil edib.

“Report” xatırladır ki, hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir.

VİRTUALAZ.ORG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here