İQTİSADİYYAT 2021.02.23 13:32

Azərbaycanda qızıl və gümüş bahalaşıb

40

Məlumata görə, fevralın 23-də qızılın qiyməti fevralın 22-i ilə müqayisədə 46,4865 manat (1,53 faiz) artaraq 1 unsiya üçün 3 080,689 manat təşkil edib.

Gümüş 1,1106 manat (2,38 faiz) bahalaşaraq 1 unsiya üçün 47,7952 manata bərabər olub.

Platinin qiyməti 33,4475 manat (1,52 faiz) azalaraq 2 163,25 manat, palladiumun qiyməti 10,217 manat (0,25 faiz) azalaraq 4 087,616 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 86,734 manat (2,7 faiz) ucuzlaşıb, gümüş 4,2861 manat (9,9 faiz) bahalaşıb, platin 264,1885 manat (13,9 faiz) bahalaşıb, palladium 56,049 manat (1,4 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 316,4125 manat (11,4 faiz) bahalaşıb, gümüş 16,3858 manat (52,2 faiz) bahalaşıb, platin 494,173 manat (29,6 faiz) bahalaşıb, palladium 510,935 manat (11,1 faiz) ucuzlaşıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı