CƏMİYYƏT 2020.10.11 12:45

Azərbaycanda uşaq və qadınların hüquqlarını müdafiə edən QHT-lər ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət edib

24

Azərbaycan QHT-ləri Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməzi ilə bağlı ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət edib.

Müraciətdə deyilir:

“Hörmətli Prezidentlər, Biz, Azərbaycanda uşaq və qadınların hüquqlarını müdafiə edən QHT-lər olaraq Sizə müraciət edirik.

Məlum olduğu kimi, 9 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ernənistan xarici işlər naziri Zöhrab Mansakyan arasında üç tərəfli görüş keçirilib.
Təxminən 11 saat davam edən görüşdən sonra 4 bənddən ibarət razılıq əldə olunub:
2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur.
Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.
Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci ən böyüş və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu.

Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 7-dən çox mülki şəxs ölüb və 33-dən çoxu yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırım aktıdır.

Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açiq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və cinayətdir. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, o heç zaman əldə olunan razılaşmaya, imzaladığı sənədə əməl etməyib. Digər tərəfdən Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin, konkret olaraq həmsədr ölkələri kimi sizin mövqeyinizi və çağırışınızı heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Biz, aşağıda imza edən uşaq və qadın hüquqlarının müdafıəsi ilə məşğul olan QHT-lər sizə və sizin ölkələrin vətəndaş cəmiyyəti instututlarına müraciət edir, atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa çağırırıq.

Siz münaqişənin həllinə məsul olan ölkələr Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qala bilməzsiniz. Azərbaycana qarşı törədilən bu təcavüzə laqeyd qalmanız, sizin insani dəyərlərə, beynəlxalq öhdəliklərə və beynəlxalq humanitar qanuna açıq hörmətsizliyiniz kimi qiymətləndiriləcəkdir.

Ümid edirik ki, ABŞ, Rusiya və Fransa ictimaiyəti də Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayəti qəti şəkildə pisləyəcək və ölkə rəhbərlərindən Ermənistanın cəzalandırılmasını tələb edəcəklər.

Qeyd: Oktyabrın 11-də Gəncə şəhərinin Ermənistan tərəfindən bombalanmasını özündə əks etdirən forto şəkillər müraciətə əlavə olunur”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı