SAĞLAMLIQ 2020.09.17 11:06

Azərbaycanda vərəm xəstələrinin sayı azalıb

16

Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstələrinin sayı azalıb.

2019-cu ildə Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstələrinin sayı 8 257 nəfər olub. Bu say 2010-cu ildə 12 469, 2015-ci ildə 9 695, 2018-ci ildə 8 684 olub.

Keçən il 3 613 nəfərə ilk dəfə vərəm xəstəliyi diaqnozu qoyulub. Ötən il vərəm diaqnozu qoyulanların 2 783 nəfərinə ağciyər vərəmi diaqnozu qoyulub.

 

2019-cu ildə vərəm diaqnozu qoyulanların 2 415 nəfəri kişi, 1 198 nəfəri qadındır. Vərəm diaqnozu qoyulanların çoxu – 1 178 nəfəri 18-29 yaşlı şəxslərdir. Ötən il vərəm diaqnozu qoyulanları arasında 142 nəfər 13 yaşadək olan uşaq da olub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı