ƏSAS SƏHİFƏ

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə

787

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Youthportal-a verilən məlumata görə, Komissiya 2015-ci il apreli 7-dən 6 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 19 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 14-ü mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 5-i isə məhkəmə orqanlarındadır.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

  • vakant vəzifəni təqdim etmiş dövlət orqanında çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),
  • digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),

  • azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər.

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu aprelin 7-dən 27-ə kimi saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaq. Sənədlər şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin aprelin 7-də dərc edilib və həmin gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının rəsmi internet saytında – www.dqmk.az verilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı