ƏSAS SƏHİFƏ

Azərbaycanın ən böyük master klassı və ilk orkestıralı təlimi baş tutmuşdur

540

16.04.2015-ci il tarixində  Azərbaycan Dövlət İqtisad Universitetində “Brand Arcthitecture” təlim layihəsinin “People” modulu baş tutmuşdur. Layihə Azərbaycan Dövlət İqtisad Universiteti, İBİ | İnnovativ Biznes-İnkubator, AN project şirkətinin tərəfdaşlığı və Sultans Restuarant sponsurluğu ilə həyata keçirilmişdir.

Təlimin məqsədi gənclərin biznes atılımlar etməyə həvəsləndirmək, marka olmaq və marka qalmağın sirlərin öyrətmək, biznes innovasiyanı mərhələli şəkildə izahın vermək, paralel olaraq isə təcrübə paylaşımları ilə motivasiya etməkdən ibarətdir.

İlk öncə Azərbaycan Dövlər İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru Dos. Səadət Qəndilova layihənin açılış etmiş və layihəyə dəstək verən hər kəsə öz təşəkkürünü bildirmişdir, daha sonra layihə haqqında məlumat vermək üçün söz layihə rəhbəri və İBİ Layihələr və kommunikasiya departamentinin direktoru Nihad Allahyarlıya verilmişdir. Çıxışın ardından isə, möhtəşəm master klass baş tutmuşdur.

Master klass dünya şöhrətli təlimçi, biznes məsləhətçi və həmçinin iyirmidən çox dünya markasının yaranmasında xidmətləri olmuş Ahmet Murtezaoğlu tərəfindən həyata keçirilmişdir. Ahmet Murtezaoğlu 1986 – 2000-ci illərdə McDonalds Türkiyə satış və təlim direktoru, 2000 – 2008-ci illər arası McDonalds İngiltərə satış müdiri, 2008 – 2012-ci illərdə Crispy Kreme Corporation Türkiyə baş direktoru, 2012 – 2013-cü illərdə idarə etmənin inkişafı üzrə fərdi məsləhətçi, 2014-cü ildən isə Sultan’s Restaurants-ın baş direktoru olaraq çalışır.

Azərbaycanın ən böyük master klassı və ilk orkestıralı təlimi olan “Brand Arcthitecture | People” layihəsinədə 400 nəfərdən çox gənc iştirak etmişdir. Layihənin həyata keçirildiyi zal 320 nəfər tutumlu olmasına baxmayaraq, böyük maraqla qarşılanmış və sonuna qədər ayaq üstə belə olsa təlimi seyr etmək istəyən gənclərədə şərayit yaradılmışdır.

Qeyd edək ki, “Brand Arcthitecture | People” layihəsi Ahmet Murtezaoğlu və “AN project”  şirkətinin birgə məhsuludur.

DSC_4061 DSC_4008 DSC_4082Azərbaycanın ən böyük master klassı və ilk orkestıralı təlimi baş tutmuşdur

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı