DÜNYA 2020.10.20 05:00

Azərbaycanın Qazaxıstandakı səfirliyi önündə dəstək aksiyası keçirilib

76

Qazaxıstanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək aksiyası keçirilib.

“Report” xəbər verir ki, tədbir Nur-Sultan şəhərində Azərbaycan səfirliyi önündə baş tutub.

Qeyd edək ki, sentyabrın 27-də erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutub. Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın hərbi hissələrin ön xətti də atəşə tutulub. Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunub və onların hücuma hazırlaşdığı müşahidə edilib. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Əks-hücum əməliyyatı nəticəsində Azərbaycanın bir sıra əraziləri işğaldan azad edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı