CƏMİYYƏT 2020.09.15 11:01

Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi Ankaraya güc verir – Erkan Özoral

22

Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi Ankaraya güc verir.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir deyib ki, Türkiyə Azərbaycanın dəstəyi ilə fəxr edir: “Qardaşlarımızdan gözləntimiz də bu idi. Pis günlərdə, yaxşı günlərdə bir-birimizin yanındayıq. Biz bir millət, iki dövlətik.

Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyi beynəlxalq hüquqa, haqlarımıza və mənfəətlərimizə əsaslanır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı