18 yaşlı azərbaycanlı qız Kəmalə Məmmədova Rusiyada “Miss tələbə – 2016” gözəllik müsabiqəsinin qalibi olub.
“Dialoq.info”nun oxu.az-a istinadən məlumatına görə, Kəmalə Novokuybışevsk tibb kollecinin tələbəsidir.
“Noybışevsk Miss tələbə – 2016” gözəllik yarışmasında qızlar 3 mərhələdə mübarizə aparıblar. İlk mərhələ qızlar özləri haqda, bacarıqları və hobbiləri barədə danışıblar. İkinci mərhələ – yaradıcı nömrələr, üçüncü mərhələdə isə iştirakçılar səhnəyə axşam paltarlarında çıxıblar.
Müsabiqənin əsas “miss” tituluna Bakıdan olan Kəmalə Məmmədova layiq görülüb.
