ƏSAS SƏHİFƏ

Azərbaycanlı tələbə Türkiyədə birinci oldu

525

O, “Gənc şairlərdən sərbəst və qısa şeirlər” layihəsində qalib seçilib

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin ikinci kurs tələbəsi qardaş ölkədə keçirilən ədəbi müsabiqələrdən birinin qalibi olub.

Azərbaycanlı tələbə Ulucay Məmmədov Türkiyənin “Vatan” və “Sabah” qəzetlərinin birgə layihəsi olan Nazim Hikmət Ranın xatirəsinə həsr edilmiş “Gənc şairlərdən sərbəst və qısa şeirlər” layihəsində qalib seçilib.

O, bu layihədə “Bir fincanlıq sevgi” şeiri ilə müsabiqəyə qatılıb və münsiflər heyəti tərəfindən seçilərək birinci yerə layiq görülüb.

Qeyd edək ki, 2014-cü ildə BDU-da “İlin ən yaxşı tələbəsi” seçilən U.Məmmədov beş ildir yaradıcılıqla məşğuldur. Azərbaycan Yazıçılar Birliyinin Gənc Ədiblər və Axın Poeziya klublarının, Türkdilli Gənclər Birliyinin yaradıcılıq departamentinin üzvüdür. Bir sıra yerli mətbuat orqanlarında tərcüməçi və jurnalist kimi fəaliyyət göstərir.

Sözügedən şeiri təqdim edirik:

Belki buluşalım, ne dersin?
Seninle bir fincan çay içmek için
Ömrümü feda ederdim inan.
Çay bitdikden sonra gitsen de olur,
Bir fincanlık buluşalım.
Üşüyen ellerimi sıcak fincan,
Kalbimise gülüşün ısıtsın.
Çok şey istemiyorum aslında.
Bir fincanlık sohbet,
Bir kaşıklık mutluluk yeter.

Mənbə: ANSPRESS

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı