İQTİSADİYYAT 2020.10.13 13:06

“Azəriqaz”da kadr dəyişikliyi olub

31

“Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhərində fəaliyyət göstərən üç departamenti üzrə kadr dəyişikliyi aparılmaqla yerdəyişmələr olunub.

İstehsalat Birliyindən verilən məlumata görə, Metrologiya Departamentinin rəisi Rauf Radiq oğlu Əhmədov vəzifəsindən azad edilməklə Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi təyin olunub.

Zehin Məhəmməd oğlu Rəsulov Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsindən azad olunmaqla Metrologiya Departamentinin rəisi təyin edilib.

Zamin Qurban oğlu Mehrəliyev isə Bakı Regional Qaz İstismarı Departamentinin rəisi vəzifəsindən azad olunmaqla Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsinə təyin edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı