CƏMİYYƏT 2020.05.21 17:00

“Azərbaycan Ermənistana “aprel dərsini” təkrar verməlidir”

269

“Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasimini şiddətlə qınayıram. Separatçıların Dağlıq Qarabağda keçirdikləri “seçki” şousunun heç bir xarici dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmaması ermənilərə dərs olmalı idi. Hesab edirəm ki, beynəlxalq birliyin nəinki dəstəkləmədiyi, hətta qınadığı bu “seçki” prosesi ermənilərin növbəti təxribatı idi”.

Dialoq.info xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Şərhçi deyib ki, daha əvvəl də Nikol Paşinyanın Azərbaycan ərazisi olan Qarabağa gəlib burada qıcıqlandırıcı çıxışlar etməsini, beynəlxalq hüquqa zidd fikirlər səsləndirməsini müşahidə edirdik: “Qarabağ separatçılarının Araik Arutunyanı “prezident”, Artur Tovmasyanı “spiker seçmələri”ni, “andiçmə” mərasimini Şuşada təşkil etmələrini isə terrorçu Ermənistan rəhbərliyinin təxribat əməllərinin davamı kimi qiymətləndirirəm. Bütün bunlar Ermənistan rəhbərliyinin riyakarlığını, sülh proseslərinin davam etdirilməsini və nəticə əldə olunmasını istəmədiyini göstərir. Beynəlxalq təşkilatların və böyük dövlətlərin təzyiqindən yayınmaq üçün üzdə özünü sülh tərəfdarı kimi göstərən Nikol Paşinyanın bu cür təxribatçı fəaliyyətləri dəstəkləməsi danışıqlar prosesinin əhəmiyyətini azaldır. Əslində faşist ideologiyasının daşıyıcısı olan bir babanın nəvəsinin – Paşinyanın ədalətli yanaşma sərgilənəcəyini gözləmək mümkün də deyil”.

M.Göyüşlü xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə debatda da riyakar Paşinyanın iç üzü açılmışdı: “İlham Əliyev tərəfindən siyasi, tarixi, iqtisadi, hərbi, hüquqi və sair mövzularda ağır zərbələr alan Paşinyan beynəlxalq ictimaiyyət qarşısında biabırçı duruma düşmüşdü. Çünki əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağın işğalına heç cür haqq qazandırmaq mümkün deyildi. Bütün bu sadalananlar və baş verənlər göstərir ki, Ermənistanın terrora meyilli rəhbərliyi və onlardan dəstək alan separatçı ermənilər xoşluqla, sülh yolu ilə torpaqları işğaldan azad etməyəcəklər. Problemin birdəfəlik və ədalətli həlli üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin separatçılara qarşı 2016-cı ilin aprel ayında verdiyi dərsi təkrarlaması lazımdır. Ancaq bu dəfə müzəffər ordumuzun hərbi əməliyyatları Qarabağı işğaldan tamamilə azad edənə qədər davam etdirməsi lazımdır. Mən bir vətəndaş olaraq Azərbaycan Ordusuna, Müdafiə nazirinə səslənədərk qısa müddətdə hərbi əməliyyatlara başlamağı təklif edirəm. Azərbaycan Ordusunun gücünü yaxşı bilən ermənilərə layiq olduqları cəzanı vermək lazımdır. Yox əgər erməni əsgərləri ölmək, erməni anaları oğullarını itirmək istəmirlərsə, o zaman Prezident İlham Əliyevin də dediyi kimi “…rədd olsunlar Azərbaycan torpaqlarından!””

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı