CƏMİYYƏT 2020.06.06 20:54

“Azərbaycan Mübarizləri” Partiyasının Sədr müavini Səadət Müslümova: Ermənistan Dünyaya terrorçuluğu və faşizmi idxal edir

95

“Azərbaycan Mübarizləri” Partiyasının Sədr müavini, Hüquqşunas Səadət Müslümova Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Tərtər, Ağdam və Ağcabədiyə səfəri zamanı yerli əhalinin nümayəndələri ilə görüşdə ictimaiyyətə verdi mühüm mesajlara münasibət bildirərkən söyləmişdir.

Ölkə başçısı cənab İlham Əliyev səfər zamanı Azərbaycanın istənilən yolla torpaqlarını işğaldan azad edəcəyini vurğulayaraq qeyd etmişdir ki, “Ermənilərin həyasızlığı o səviyyəyə çatıb ki, hətta bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər və özlərinə qondarma bir “prezident” seçdilər. Hətta qondarma bir inaqurasiya şousu da təşkil etdilər. Beynəlxalq təşkilatların tam əksəriyyəti bu “seçki şousu”nu qınadılar, qondarma “seçkilər”i qəbul etmədilər. Çünki nə daxili, nə də beynəlxalq hüquq baxımından bu seçkilərin heç bir əhəmiyyəti yoxdur. Amma Avropa Şurası həmişə olduğu kimi bu məsələdə də susqun qaldı.

Ümumiyyətlə, Avropa Şurası həmişə Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam edir. Azərbaycan da, Ermənistan da Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal edir.

Eyni zamanda Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məqamlara toxunaraq demişdir:Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib.

Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar – bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı.

Prezident İlham Əliyev daha sonra çıxışına belə davam edib: “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.

Prezident İlham Əliyev Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını, indi bu dünyada bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından bəyanat vermələrini gözlədiklərini qeyd etdi.

Prezident İlham Əliyev elə Avropa dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyini ifadə edib. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır. Prezident İlham Əliyev nitqinə davam edərək belə deyib: Mart ayında şouların təşkili üzrə peşəkar olan (şoumen) Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirildi. Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkilərinin COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsi məsələsi də geniş izah olunmalıdır. Pandemiya dövründə keçirilən seçkilərdə belə Qərb dövlətləri və AŞPA səslərini çıxarmadı.

Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı 1918-ci ildə baş verən hadisələrə bir daha münasibətini bildirdi, çünki tarixdən ibrət dərsi götürməliyik. 1918-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvan o şərtlə ermənilərə paytaxt olaraq verilmişdi ki, ermənilər Azərbaycanın başqa torpaqlarına iddia etməsinlər. Amma İrəvandan sonra ermənilərin iştahası daha da artdı. Ermənistanın hazırkı ərazisi bütövlükdə Qərbi Azərbaycan torpaqlarıdır. Qədim Azərbaycan torpaqlarında qondarma Ermənistan dövlətini yaratmış ermənilər indi də işğal etdikləri Qarabağ və ətraf rayonlarda ikinci dövlət yaratmaq istəyirlər. Təbii ki, biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik. Çünki ermənilər artıq bir dəfə torpaqlarımızda öz dövlətlərini yaradıblar, daha doğrusu, bu dövləti onlar üçün yaradıblar”.

Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini xatırladıb: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyi ilə bağlı Avropa strukturlarının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının qətnamələri, qəbul etdikləri sənədlər var. Amma çox təəssüf ki, Ermənistan indiyə qədər bu qətnamələrdə, sənədlərdə əksini tapan tələbləri yerinə yetirilməyib, hələ də torpaqlarımız işğal altındadır. Bu gün beynəlxalq hüquq işləmir, beynəlxalq hüquq güc hüququdur. Azərbaycan bu aspektdə hücum diplomatiyasına və hərbi gücünün artırılmasına diqqət yetirir, bundan sonra da bu siyasət davam edəcək. Aparılan uğurlu diplomatiya arxasında güc olduqda daha da çox effekt verir. Şükürlər olsun ki, Azərbaycan diplomatiyasının arxasında çox böyük güc var, çox güclü orduya malikik. Ordumuz bundan sonra da güclənəcək. Ermənistan kimi qonşusu olan bizlərin zəif olmağa haqqı yoxdur”.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi sənədlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur, kağız parçasından başqa bir şey deyil.
Partiya sədrinin müavini qeyd edib ki, görüş zamanı cənab Prezident xüsusi ilə vurğulamışdır ki, Ermənistanın hazırkı rəhbərliyi də danışıqlarda imitasiya ilə məşğuldurlar. Çox təəssüf ki, sadəcə, danışıqlar xatirinə danışıqlar aparırlar. Ermənistan rəhbərliyi yalnız status-kvonu saxlamaq, bununla da məsələni uzatmaq istəyirlər. Ancaq biz buna dözə bilmərik.

Ermənilərin riyakarlığı, ikiüzlülüyü sərhəd bilmir və faşist mahiyyətlərini davam etdirir. Ermənistanda hakimiyyət dəyişsə də, bu dövlətin terrorçu mahiyyəti dəyişmir.

“Azərbaycan Mübarizləri” Partiyasının Sədr müavini ,Hüquqşunas Səadət Müslümova son olaraq söyləmişdir ki, Ermənistanın terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və aydın olaraq görürük ki, Ermənistan Dünyaya terrorçuluğu və faşizmi idxal edir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ərazi bütövlüyümüzün bərpası uzaqda deyil.

Səadət Müslümova

“Azərbaycan Mübarizləri” Partiyasının Sədr müavini

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı