CƏMİYYƏT 2020.07.14 14:04

Azərbaycan Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Azər Həsənsoy: “Ali Baş komandanın əmrilə hər an Ordumuza dəstək verməyə hazırıq!”

393

Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində düşmən Ermənistan ordusunun təxribatı nəticəsində atəşkəs pozulmuş, 12 iyul 2020-ci il, günorta saatlarənda cəbhə xəttində gərginlik kəskin şəkildə artmışdır. Yaranmış vəziyyətlə bağlı Hərəkatın İdarə Heyətinin üzvü Azər Həsənsoy açıqlama vermişdir:

Görüntünün olası içeriği: 7 kişi, ayakta duran insanlar

– Bildiyimiz kimi Ermənistanın hakimiyyəti ənənəsini davam etdirərək, ölkə daxilindəki narazılıqları ört-basdır etmək və əhalinin diqqətini sosial-siyasi problemlərdən yayındırmaq üçün cəbhədə növbəti təxribat törətmişdir. 12 iyul 2020-ci il tarixdə, günorta saatlarında işğalçı Ermənistan ordusu qəflətən Azərbaycanın Tovuz rayonunda yerləşən sərhəd hərbi postunu intensiv artilleriya atəşinə tutmuş, nəticədə ordumuzun bir neçə nəfər hərbi qulluqçusu şəhid olmuş və yaralanmışdır. İşğalçıların eyni vaxtda mülki əhalinin yaşadığı məntəqələri də atəşə tutması nəticəsində rayonun təsərrüfatına və vətəndaşların əmlakına xeyli maddi ziyan vurulmuşdur.

Dövlət sərhəddini pozaraq ölkəmizin içərilərinə doğru irəliləməyə çalışan düşmən əsgərləri Azərbaycan ordusunun qətiyyətli cavab zərbəsi ilə böyük itkilər verərək geri oturdulmuşdur. Görünür Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul çıxışında səsləndirdiyi fikirlər Ermənistanın irqçi-faşist ideoloigiyası ilə zəhərlənmiş rəbərliyinə təsirsiz ötüşməyib. Bu çıxışında cənab İlham Əliyev bir daha bəyan etmişdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməli, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar!

Aydındır ki, hər bir Azərbaycan vətəndaşının ən böyük arzusu Qarabağ və onun ətrafındakı rayonların işğaldan azad edilməsidir. Bunun üçün ilk növbədə güclü ordu ilə yanaşı xalqla hakimiyyətin birliyi lazımdır. Ona görə də hər birimiz Vətən və Xalq qarşısında məsuliyyətimizi dərk etməli, tarixdən ibrət dərsi alaraq düşmənə öz məkrli planlarını həyata keçirməyə imkan verməməli, daxili sabitliyi və milli birliyimizi qoruyub saxlamalıyıq.

Tam məsuliyyətimlə bildirirəm ki, torpaqlarımızın işğaldan azad edilməsi işində Azərbaycan Respublikasının Ali Baş Komandanına və Ordumuza hər cür mənəvi və fiziki dəstək verməyə hazırıq. Əminik ki, qələbə günü çox da uzaqda deyil. Bunu texniki təhcizatına və şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinə görə nəinki Cənubi Qafqazın, hətta dünyanın ən yaxşı orduları sırasında yer alan Azərbaycan ordusuna, Azərbaycan Respublikası Prezidentinin yürütdüyü siyasi xəttə və xalqımızın böyük ruh yüksəkliyinə güvənərək deyirəm.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı