MEDİA VƏ QHT 2019.12.23 10:56

Azerbaycanlı tələbələr möhtəşəm tədbir keçirdilər

328

Kocaeli Universitetində təhsil alan Azərbaycanlı tələbələr Türk Ocaqlarının Kocaeli Şöbəsi ilə birgə Həmrəylik Gününü qeyd etdi.

Hər il 31 dekabrda dünyanın hər yerində Azərbaycanlılar tərəfindən qeyd edilən Həmrəylik Günü Kocaeli Üniversitetində təhsil alan Azərbaycanlı tələbələrin imtahan vaxtına düşdüyü üçün 10 gün əvvəl qeyd edildi.

Tədbirdə ilk çıxışı edən Türk Ocaqları Kocaeli Şöbəsinin Başçısı Yücel Alpay Demir Azərbaycan və Türkiyə haqqında bir millət iki dövlət şüarının önəmindən bəhs edərək dünyada Türk millətindən başqa digər millətlərin sadəcə bir dövlət qurduğunu, lakin Türk tarixinin güclü imperatorluqlar, ədalətli və mərhəmətli idarə sistemi anlayışı və əldə etdiyi zəfərlərlə dolu olduğunu, yenidən tarixin Türkün qüdrətindən bəhs etməsi üçün bütün Türk dövlətlərinin dil, fikir, düşüncə birliyininin, xüsusilə təhsil, iqtisadi və hərbi sahələrdə də əməkdaşlığın təmin edilməsinin önəmli olduğunu ifadə edərək bütün Azərbaycanlıların Həmrəylik Günü təbrik etmiş, gələcəkdə bu günü Qarabağ və Cənubi Azərbaycan torpaqlarının Azərbaycana daxil edilməsi ilə bütöv ölkədə qeyd edilməsini arzu etdiyini söyləmiş, Mübariz İbrahimov və Ramil Səfərovun qəhrəmanlıqlarından da bəhs etmişdir.

Azərbaycandan gələn “Xəzər” amsablının vəsfedici musiqi ilə başlayan Həmrəylik Günü programı Azərbaycanlı tələbələr tərəfindən hazırlanan və tamaşaçılarda milli hisslər oyandıran Repressiya mövzulu teatr tamaşası, Azərbaycan-Qafqaz milli rəqsi ilə davam etmişdir.

Tələbələr tərəfindən hazırlanan Azərbaycanın görməli yerləri və yeməkləri haqqındakı video tamaşaçılara təqdim edilmiş, program bitdikdən sonra qonaqlara Azərbaycan şirniyyatı təqdim edilmişdir.

Tədbir Azərbaycanlı tələbələr üçün Şəfa Hacıyeva Çakır və Xəyalə Qədirzadə tərəfindən təşkil edilmiş, tədbirdə isə Türk Ocaqları Kocaeli Şöbəsinin Başçısı Yücel Alpay Demir, Aydınlar Ocağı Başçısı Süleyman Pekin, Kocaeli Milli Təşkilatlar Birliyinin Başçısı Eren Elmalı, Kocaeli Qarslılar Dərnəyi Başçısı Alican Kazgan, Böyük Birlik Partiyasının Kocaeli Rayonu üzrə Başçısı Rəmzi Kaya, Türk Diyanət Vəqfinin Kocaeli Şöbəsinin Başçısı Mehmet Ali Karadaşlı, Səadət Partiyasının Kocaeli Rayonu üzrə Başçı müavini Nihat Yıldız, Kocaeli Türkçülər Platformu Başçısı Özer Mert Özdemir, Kocaeli Şəhər Məclisinin Baş Katibi Gültəkin Görüm, Türkiyə Azərbaycan Federasiyası Başçısı Bilal Dündar, Alperen Ocaqlarının Rayon üzrə Başçısı Murat Ağçay, Beynəlxalq Tələbələr Birliyi üzrə Dərnək Başçısı Fatih Karaçoban, Kocaeli Kılavuz Gençlik təmsilçisi Emre Şahin, Yenidən Aydınlanma Dərnəyinin Başçısı Selçuk Pınar, Çalışkan Qrup İdarə Heyətinin başçısı Sinan Çalışkan və Kocaeli Üniversitetində təhsil alan tələbələr iştirak etmiş, programın sonunda təşəkkürnamələr, plaket-lövhələr təqdim edilmisi ilə bitmişdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı