DÜNYA 2020.08.01 16:57

BƏƏ-də ərəb dünyasının ilk atom elektrik stansiyası fəaliyyətə başlayıb

72

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və vitse-prezidenti, Dubay əmiri Məhəmməd bin Rəşid əl-Maktum ölkədə ərəb dünyasının ilk atom elektrik stansiyasının fəaliyyətə başlamasını elan edib.

O, bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Baraka” atom elektrik stansiyası Əbu-Dabi yaxınlığında fəaliyyətə başlayıb.

Dubay əmiri əlavə edib ki, BƏƏ-də daha dörd atom elektrik stansiyasının istifadəyə vrilməsi nəzərdə tutulur. Bu, ölkənin enerji tələbatının dörddə-bir hissəsini təmin edəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı