“Barattson” Azərbaycan gəncliyinə dəstək məqsədilə “100%
Ödənişsiz” layihələr silsiləsindən “Bədən Dili” təliminə start
verir!
Tarix: 17 Avqust 2015-ci il
Vaxt: 14:00-18:00
Hansı mövzular əhatə olunub?
• “Bədən Dili” haqqında ümumi anlayış
• Salamlama jestləri
• Ünsiyyət zamanı doğru məsafə seçimi
• Səs tonu və İntonasiya
• Ovuc içləri ilə ötürülən pozitiv informasiya
• Əl, qol və ayaq hərəkətləri ilə ötürülən informasiya
• Baş hərəkətləri ilə ötürülən informasiya
• Mimika jestləri
• Əllərin üzə toxunması ilə yaranan jestlər
• Müdafiə jestləri
• Gözlər vasitəsi ilə ötürülən informasiya
• Bədənin istiqamət jestləri
• Güzgü tutma texnikaları
• Sosial status jestləri
• Görüşlər zamanı masa arxasında iştirakçıların doğru
düzülüşü
• Çıxışlar zamanı istifadə olunan jestlər
• Təkbətək görüş zamanı bədən dilindən istifadə
• Əminlik jestləri
• Qorxu jestləri
• Şübhə jestləri
• Qərar anı istifadə olunan jestlər
• Qarşı tərəfin zamana ehtiyacı olduğunu bildirən jestlər
• Yalan danışan zaman istifadə olunan reflektiv göz
hərəkətləri və jestlər
• Doğru danışan zaman istifadə olunan reflektiv göz
hərəkətləri və jestlər
• İnam yaradan jestlər
İştirakçılar nələri öyrənəcəklər?
Ünsiyyət zamanı qarşı tərəfin şübhə və qərarlarını öncədən
təxmin etmək və buna uyğun olaraq planlı davranmaq
üstünlüklərinə yiyələnəcəklər
• Bədən dilini doğru istifadə etmək texnikaları əldə edəcəklər
• Qarşı tərəfin bədən dili ilə uyğunlaşaraq onların qərarlarına
təsir etmək üstünlüklərindən yararlanacaqlar
• Qarşı tərəfə bədən dili ilə informasiya ötürməmək texnikaları
əldə edəcəklər
Təlimə daxil olanlar:
• Təlimin əvvəlində və sonunda diaqnostik test
• Peşəkar təlimçinin təqdimatı
• Komanda çalışmaları
• İştirakçıların şəxsi təqdimatları
• Rollu oyunlar
• Mövzuya uyğun video görüntülərin analizi
Təlimçi: Sahil Əzizoğlu
http://barattson.com/en/lecturers/sahil-azizoglu
Sahil Əzizoğlu bakalavr təhsilini “Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası”nda almışdır.
Magistr elmi dərəcəsinə Türkiyədə “Uludağ Universiteti”nin
“İqtisadiyyat və Siyasi İdarəetmə” sahəsi üzrə yiyələnmişdir.
Sahil bəy Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdində
təşkil olunmuş “Bədən Dilinin Təhlili” üzrə kursun məzunu
olmuş və bu sahə üzrə ixtisaslaşaraq təlimçilik hüququ əldə
etmişdir. 3 ilə yaxın bank sektorunda “Kreditlərin Analizi”
sahəsində çalışmışdır. 2010-2015-ci illər ərzində “SOS
Kinderdorf” adlı təşkilatda “Gənclərin İnkişafı üzrə Məsləhətçi”
vəzifəsində çalışmışdır. Sahil Əzizoğlu təlimçi olmaqla bərabər
uğurlu bir iş adamıdır.
Dil: Azərbaycan dili
Təlimin qiyməti: Ödənişsiz
Qeydiyyatdan keçməyə tələsin!
Onlayn qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə
edə bilərsiniz:
Qeydiyyat zamanı 1-ci bölmədə Business Training, Sales and
Marketing və sonda Body Language seçməlisiniz. 3-cü
bölmədə isə Another seçməlisiniz.
Onlayn qeydiyyatı keçdikdən sonra öz Şəxsiyyət Vəsiqənizin
surətini [email protected] ünvanına yollamalısınız.
Təlimə yalnız qeydiyyat şərtlərini tam yerinə yetirənlər
buraxılacaq.
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
(99412) 5054496/97
(99470) 2054496/97
