ƏSAS SƏHİFƏ

Bədii tərcümə Vilayət Hacıyevin təcrübəsində

934

22 noyabr, saat 14:00-da Azərbaycan filoloqu, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyevlə görüş keçiriləcək. Hamınız dəvətlisiniz.

Qeydiyyatdan keçmək üçün ad, soyad və əlaqə nömrənizi “[email protected]” ünvanına göndərin!

“Hələ universitet vaxtında tərcümə edilmiş bədii ədəbiyyatı oxuduqda bəzən cümlələrdə nəsə çatmır deyə düşünürdüm, daha doğrusu, duyurdum. Lakin, qüsurun nə olduğunu tapa bilmirdim. Bunun üçün illər və təcrübə lazımdır. Daha sonra anladım ki, bu duyum bədii təcüməçi olmaq üçün Allahın verdiyi bir istedadmış. Bu işdə vacib olan isə səriştədi”.

V.Hacıyevin tədbirində müzakirə olunacaq əsas mövzular:

1. Bədii tərcüməçi kimdir, və ya kim bədii tərcüməçi ola bilər?
2. Bədii tərcüməçinin spesifik xüsusiyyətləri
3. Erix Mariya Remarkın “Zəfər tağı” romanının dörd fərqli nəşriyyat tərəfindən çap olunmasının səbəbi: Güclü əsər, yoxsa güclü tərcümə
4. Tərcüməçi iki ölkə arasında mədəni vasitəçi kimi: Tərcüməçinin “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltifi bədii tərcümənin və tərcüməçinin yüksək dəyərinin göstəricisi kimi
5. Azərbaycan dilindən xarici dilə tərcümə yerli dil daşıyıcısı, yoxsa əcnəbi tərcüməçi tərəfindən edilməlidir? Y.Səmədoğlu, Anar və Rafiq Tağı yaradıcılığının alman oxucusuna çatdırılması
6. Bədii tərcümə zamanı tərcüməçinin köməyinə gələn vasitələr: bədii tərcüməçi üçün tərcüməyə qədər hazırlıq mərhələsi və lüğət seçimi
7. AGTA “Bədii Tərcümə Toplusu”dakı hekayələrə dair Vilayət Hacıyevin təhlili.

Azərbaycan oxucusunun V.Hacıyev sayəsində oxuduğu alman dilli ədəbiyyatlarının siyahısı:

1. Erix Mariya Remark “Zəfər tağı”
2. Herman Hesse “Yalquzaq”
3. Lion Feyxtvanger “Lautenzak qardaşları”
4. Henrix Böll “Bir təlxəyin düşüncələri”
5. Frans Kafka “Atama məktub”

Alman dilinə etdiyi tərcümələr:

1. Jussif Samedoglu “Der kalte Stein” (“Soyuq daş”)
2. Anar “Die rote Limousine” (“Qırmızı limuzin”)
3. Rafig Taghi “Der Verrückte“ (Divanə). (Sena Doqanla birlikdə)

 

Ünvan: Creative Education and Training Academy

Əlövsət Quliyev 116, AZ 1000 Bakı
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı