CƏMİYYƏT 2020.05.02 19:49

Bəzi nazirlərin həbs olunması lazımdır – Şok Açıqlama

61

Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü icra başçılarının rüşvət və qanunsuz əməllərə görə həbs edilməsinə münasibət bildirib.

Mübariz Göyüşlünün tərcümeyi-halı – Dialoq.info

                                                            Mübariz Göyüşlü

O, bəyan edib ki, korrupsiyaya bulaşmış, özbaşnalıqla məşğul olan, vətəndaşı incidən icra başçılarına qarşı sərt tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir.

Mübariz Göyüşlü bu tədbirlərin bundan sonra da davam etdirilməsini, qanunsuz əməllərlə məşğul olan bütün icta başçılarının, məmur-oliqarxların, nazirlərin DTX tərəfindən ifşa olunmasını, həbs edilməsini təklif edib.

“Prezident İlham Əliyevin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan məmurlar var ki, qanunsuz əməlləri ilə insanları dövlətdən narazı salırlar. İcra başçılarının özbaşnalığı cəmiyyətdə çox böyük narazılıqlara, etirazlara səbəb olur. Rayonun büdcəsini talayan, sahibkarlara, sakinlərə divan tutan bu cür icra başçılarının sonu DTX-nın qara maskalılarının əməliyyatı ilə nəticələnir. DTX-nın bu əməliyyatlarını alqışlayıram”. Mübariz Göyüşlü icra başçıları ilə yanaşı bir sıra nazirlərin, komitə sədrlərinin, yüksək rütbəli məmurların da öz qanunsuz əməlləri ilə vətəndaşları incitdiklərini qeyd edib. O, belə şəxslərə qarşı da DTX-nın əməliyyat keçirməsini, həmin məmurların həbs olunmasını təklif edib.

“Əslində zaman-zaman biz belə əməliyyatların keçirilməsinin şahidi olmuşuq. Bir sıra rüşvətxor və korrupsioner nazirlər həbs olunmuş, bir qrupu isə vəzifədən azad edilmişdi. Fikrimcə hazırda da bir sıra nazirlər var ki, fəaliyyətləri ilə vətəndaşlara zülm edirlər, onları dövlətdən incik salırlar. Belə nazirlərin qanunsuz əməllərinə son qoyulması üçün onların həbs edilməsi, dövlətdən taladığı varidatın müsadirə edilməsi lazımdır”.

 

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı