CƏMİYYƏT 2020.09.17 16:00

“Bəzi təşkilatlar qrant müsabiqəsi zamanı fəallaşır” – İntiqam Babayev

18

Azərbaycan Respublikasının Gənclər və Idman nazirinin müavini İntiqam Babayev nazirliyin rəsmi Facebook səhifəsində canlı yayıma qatılıb.

Gənclərlə bağlı bir çox mövzulara toxunan nazir müavini təşkilatların fəaliyyətini üç hissəyə bölüb:

“Azərbaycanda 300-dən çox gənclər təşkilatı var. Demək olmaz ki, onların hamısını eyni səvviyyədə fəaldır.

Birinci bu missiyanı dərk edənlərlərdir. Həmin təşkilatlar öz tövhələrini veriblər. Bu, 300 təşkilatın yarısını təşkil edir. Digər hissələrdən biri ara-sıra adını eşitdiyimiz təşkilatlar. Elə təşkilat var ki, qrant müsabiqəsi zamanı fəallaşırlar.

Dünyada gedən prosesləri nəzərə alsaq, Azərbaycanda gənclər təşkilatlarının fəaliyyətini yaxşı qiymətləndirirəm”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı