Badımcan qabıqlarından təbii ürək dərmanı

Badımcan qabıqları olduqca faydalı antioksidant maddələrlə (antosian, resveratrol, nasunin) zəngindir.

Bu antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində qoruyur.

Badımcan qabıqlarında olan antioksidantlar aterosklerozla mübarizədə ən yaxşı təbii vasitələrdən biridir. Ateroskleroz zamanı damarların daxilində xolesterin (yağa oxşayan maddə) yığılır. Nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Bu isə hipertoniya, stenokardiya, infarkt və s. ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.

Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə badımcan qabıqlarının dəmləməsi çox yaxşı kömək edə bilər. Bu dəmləmə aterosklerozun inkişafını ləngidir, hipertoniya zamanı yaxşı kömək edir.

Dəmləmənin hazırlanması:

1 orta ölçüdə badımcan soyulur, qabıqları doğranılır, axşamdan termosda 250 ml qaynar suda dəmlənilir, növbəti gün ərzində içilir. Dəmləməni 3-4 hissəyə bölün və qida qəbulundan 20 dəqiqə əvvəl için. Müalicə kursu – 1 ay. Sonra 1 ay fasilə verin və yenə təkrarlayın.

Bu dəmləmə həmçinin şəkərli diabetdən əziyyət çəkələrə də faydalıdır – qanda şəkərin səviyyəsini tənzimləyir.

Bundan əlavə bu dəmləmə orqanizmə şişəleyhinə təsir edir.

Enter.News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here