ƏSAS SƏHİFƏ

Bakcell Virtual Futbol Çempionatı davam edir – Ətraflı məlumat

867
Bakcell Virtual Futbol Çempionatı Bakcell şirkətinin təşkil etdiyi virtual futbol turniridir. Turnirdə yalnız orta məktəbin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər. Azərbaycanın virtual futbol üzrə ən güclü oyunçularını təyin etmək məqsədilə Bakcell şirkəti çempionatın ölkənin səkkiz şəhərində keçirilməsini qərara aldı. Beləliklə, çempionatın ilkin mərhələsi Bakı, Sumqayıt, Qəbələ, Zaqatala, Lənkəran, Mingəçevir, Gəncə və Şəki şəhərlərində keçiriləcək. Bu şəhərlərdə qalib gələn səkkiz iştirakçı aprelin 26-da Bakıda keçiriləcək final oyunlarında görüşəcək.
Turnirin qalibi İngiltərənin Mançester şəhərinə yollanıb “Mançester Yunayted”in ulduzları ilə virtual futbol oynamaq imkanı qazanacaq.

Bakcell inanır ki, turnir məktəblilərin idmana olan marağı daha da artıracaq, yeniyetmələrdə rəqabət hissini möhkəmləndirəcək, onların idman tədbirlərində iştirak etmələrini təşviq edəcək.

 

-Çempionatda yalnız orta mәktәbin 9, 10 vә 11-ci sinif şagirdlәri iştirak edә bilәr.

-Çempionatda iştirak etmәk üçün qeydiyyatdan keçmәk lazımdır. Qeydiyyat üçün iştirakçı şәxsiyyәt vәsiqәsini tәqdim etmәli, hansı mәktәbdә vә neçәnci sinifdә oxuduğu barәdә mәlumat vermәlidir.

-Hәr bir iştirakçı qeydiyyatdan yaşadığı şәhәrdә keçmәlidir. Hәr şәhәrin qeydiyyat tarixi vә mәkanı aşağıdakı kimidir:

Bakı — 18–19 fevral, “28 Mall” TM, 5-ci mərtəbə (“Cappuccino” kafesinin yanında), 13:00–20:00;
Sumqayıt — 26–27 fevral, Bakcell müştəri xidməti (Azərbaycan prospekti, məh. 3), 13:00-20:00;
Qəbələ — 5–6 mart, Bakcell diler mağazası (İsmayıl bəy Qutqaşınlı küç.);
Zaqatala — 12–13 mart, Bakcell diler mağazası (F. Əmirov küç., 2A);
Lənkəran — 25–26 mart, Bakcell diler mağazası (H. Aslanov küç., 1);
Mingəçevir — 2–3 aprel, Bakcell diler mağazası (H. Əliyev pr., 47/2);
Gəncə — 9–10 aprel, mərkəzi Bakcell diler mağazası (H. Əliyev pr., 149);
Şəki — 16–17 aprel, Bakcell texniki xidmət mərkəzi (H. Əliyev pr., 90).

-Turnirin ilkin mәrhәlәsi ölkәnin sәkkiz şәhәrindә keçirilәcәk. Hәr şәhәrdә yalnız bir qalib ola bilәr. Öz şәhәrindә qalib gәlmiş hәmin iştirakçı final oyunlarında iştirak edәcәk. İlkin mәrhәlәnin tarix vә mәkan cәdvәli aşağıdakı kimidir:

Bakı — 21–22 fevral, 56 saylı orta məktəb (Fəzail Bayramov küç., 10, Respublika Perinatal Mərkəzinin arxası);
Seçimdən keçmiş oyunçuların akkreditasiyası (turnirdə iştirak etmək üçün formal təsdiqləmə proseduru) 11:00-dan başlanır. Akkreditasiyaya dəvət olunacaq iştirakçılarla əvvəlcədən əlaqə saxlanacaq. Bütün digər şəxslər turnirin keçiriləcəyi yerə saat 12:00-dan etibarən buraxılacaq.

Sumqayıt — 28 fevral — 1 mart, 12 saylı orta məktəb (M. Hüseynzadə küç., 1A);
Qәbәlә — 7–8 mart, yeni mәktәb;
Zaqatala — 14–15 mart, 2 saylı orta mәktәb;
Lәnkәran — 27–28 mart, 4 saylı orta mәktәb;
Mingәçevir — 4–5 aprel, 10 saylı orta mәktәb;
Gәncә — 11–12 aprel, 4 saylı orta mәktәb;
Şәki — 18–19 aprel, 5 saylı orta mәktәb.

-Çempionatın final oyunları Bakıda, aprelin 26-da keçәcәk. Final oyunlarında ilkin mәrhәlәnin sәkkiz qalibi iştirak edәcәk. Bu sәkkizlik baş priz uğrunda mübarizә aparacaq.

-Çempionatın qalibi Mançesterә (İngiltәrә) yollanıb “Mançester Yunayted”in ulduzları ilә virtual futbol oynamaq imkanı qazanacaq.

-Çempionat tam ödәnişsiz әsaslarla aparılır

-Hәr şәhәrdә qeydiyyatdan keçmiş ilk 128 mәktәbli çempionatın iştirakçısı hesab olunur.

-İlk görüşündә mәğlub olan iştirakçı turniri tәrk edәcәk.

-turnirdә hәm oğlanlar, hәm dә qızlar iştirak edә bilәrlәr.

-Çempionatda yalnız Azәrbaycan vәtәndaşlığına malik olan mәktәblilәr iştirak edә bilәrlәr.

-Oyunlara nәzarәt etmәk üçün çempionatın tәşkilatçıları tәrәfindәn xüsusi tәmsilçilәr tәyin olunacaq.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı