ƏSAS SƏHİFƏ

“Bakı 2015 – ilk Avropa Oyunları ərəfəsində Gənclərin Turizm Forumu”

709

“Bakı 2015 – ilk Avropa Oyunları ərəfəsində Gənclərin Turizm Forumu”

“Gənclər Turizmi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı 2015 – ilk Avropa Oyunları ərəfəsində Gənclərin Turizm Forumu” adlı layihəsinə start verir.

Forum çərçivəsində 23 may 2015-ci il tarixində TED formatında “Avropa Oyunları və Mən” adlı tədbir həyata keçirəcəkdir. Layihənin əsas məqsədi Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti haqqında gəncləri məlumatlandırmaqdır. “Avropa Oyunları və Mən” adlı tədbirə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsində məsul vəzifələrdə çalışan gənclər məruzəçi qismində dəvət olunaraq Avropa Oyunlarının onların həyatına müsbət təsirləri və əldə etdikləri tərübə, bilik və bacarıqlar, o cümlədən oyunların əhəmiyyəti haqqında iştirakçıları məlumatlandıracaqlar.

Bildiyiniz kimi, Avropa Oyunlarının Əməliyyat Komitəsində müxtəlif sahələr üzrə 1500-dən çox əməkdaş çalışır və bu əməkdaşların 70 faizi yerli gənclərdir. Bununla bərabər, Avropa Oyunları çərçivəsində 12500 nəfər gənc könüllü müxtəlif istiqamətlər üzrə işlərə cəlb olunmuşdur. Məhz, bu tədbiri həyata keçirməkdə məqsədimiz Avropa Oyunlarının yerli gənclərə verdiyi müsbət töhvələri önə çıxarmaq və gənclərin öz uğur hekayələrini digər gənc həmkarları ilə paylaşmaq üçün şərait yaratmaqdır.

Layihədə iştirak etmək istəyən şəxslər 20 May 2015-ci il tarixinədək «Gənclər Turizmi» İctimai Birliyinin rəsmi saytında (youthtourism.az) yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər. Forum çərçivəsində keçiriləcək təlim proqramının iştirak seçimində əsasən Bakı2015- İlk Avropa Oyunlarında könüllü olaraq çalışan gənclərə üstünlük veriləcək. Təlim proqramını uğurla başa vuran iştirakçılar layihənin növbəti günləri Bakı bilicisi Fuad Axundov ( “Bakının Sirləri” verlişinin müəllifi və aparıcısı) ilə Bakı üzrə informasiya turunda iştirak etməyə dəvət olunacaqdır. Turda iştirak edən könüllüllər Bakı haqda daha artıq informasiyaya sahib olacaqlar.

“Gənclər Turizmi” İctimai Birliyi

Skype: youth.tourism
Mobil: +994 50 311 24 84
E-mail: [email protected]
Ünvan: Əzim Əzimzadə küç. 18/12, mən. 11, Bakı, Azərbaycan

http://youthtourism.az/

2

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı