ƏSAS SƏHİFƏ

“Bakı 2015 – ilk Avropa Oyunlarının könüllüləri” layihəsi

734

“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı 2015 – ilk Avropa Oyunlarının könüllüləri” layihəsinin icrasına başlanılmışdır.
Layihənin əsas məqsədi Azərbaycanda gələcəkdə baş tutacaq beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün könüllülərin yetişdirilməsindən ibarətdir.
Layihə könüllü olmaq üçün vacib olan əsas iki istiqamət üzrə fəaliyyət göstərəcəkdir. Birinci istiqamət könüllü olmaq istəyən  hər bir gənc üçün vacib olan dil bilyinin inkişafı, ikinci istiqamət isə təşkilati komanda üçün vacib olan  komandada iş prinsiplərinin öyrədilməsi.
Layihə çərçivəsində gənclərə işgüzar ingilis dili, təşkilatçılıq, könüllülərin hüquq və vəzifələri mövzularını əhatə edən təlimlər keçiriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən gənclər öz cv-lərini [email protected] ünvanına göndərə bilərlər.
Qeyd edək ki, layihəyə yalnız ingilis dili biliyi pre-intermediate səviyyəsindən aşağı olmayan gənclər müraciət edə bilərlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı