ƏSAS SƏHİFƏ

Bakı dünyanın ən görməli 52 şəhərindən biri seçilib

575

ABŞ-ın «The New York Times» qəzetinin hazırladığı 2015-ci il üzrə dünyanın ən görməli 52 məkanı siyahısına Azərbaycanın paytaxtı Bakı şəhəri də daxil edilib. Siyahıda dünyanın müxtəlif mədəniyyətlərini təmsil edən Filadelfiya, Milan, Sinqapur, Nyu York, Mançester, Oman, Şri-Lanka, Seul, Yaponiya və s. kimi ölkə və şəhərlərin adları da yer alıb.
«The New York Times» qəzetində və internet portalında yerləşdirilən məqalədə siyahıdakı bütün məkanlar haqqında məlumat verilir. Bakı haqqında verilən məlumatlarda bildirilir ki, qədim tarixi və müasir stilli görünüşü bu şəhəri turist xəritəsində özünəməxsus istiqamət kimi bərqərar edib. Azərbaycan paytaxtındakı ikinci neft bumu (xatırladırıq ki, ilk bum 20-ci əsrin əvvəllərində baş verib) Xəzər sahilində yerləşən bu əzəmətli şəhərə böyük zənginlik və yeni imkanlar bəxş edib: «Son dövrlərdə Azərbaycan hökuməti neftdən gələn gəliri möhtəşəm tikinti layihələrinə yönəldir. Maraq kəsb edən layihələrə misal olaraq, xarici görünüşü ilə alovu xatırladan, 190 m hündürlükdə olan və bir binasında «Fairmont» hotelinin yerləşdiyi Alov Qüllələri və layihəsi dünyaca məşhur memar Zaha Hadid tərəfindən hazırlanmış Heydər Əliyev Mərkəzinin dalğavari ağ binasını göstərmək mümkündür. Şəhərdə «Four Seasons», «Hilton Baku» və «Kempinski Badamdar» kimi beynəlxalq nüfuza malik otellər fəaliyyət göstərir. Bununla yanaşı, iyun ayında ölkədə keçiriləcək Bakı 2015 I Avropa Oyunları zamanı açılışı nəzərdə tutulan 33 mərtəbəli və yelkən formasında inşa edilən «Trump International Hotel & Baku Tower»in binası da bu möhtəşəm tikililər siyahısına əlavə olunacaq»
Məqalənin geniş formatına aşağıdakı linkdə baxa bilərsiniz

http://www.nytimes.com/interactive/2015/01/11/travel/52-places-to-go-in-2015.html?hp&action=click&pgtype=Homepage&module=second-column-region®ion=top-news&WT.nav=top-news&_r=1

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı