ƏSAS SƏHİFƏ

Bakı haqqında kino çəkildi

688

“Dünya paytaxtları” silsiləsindən Bakı haqqında sənədli film üzərində iş başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, ekran işini Macar Kinematoqrafçılar Gildiyasının üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod çəkib.
Film ölkəmizin Macarıstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə ekranlaşdırılıb.
Müəllifin London, Lissabon, Tunis, Bratislava, Praqa kimi paytaxtlardan bəhs edən filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı ekran işi yerli telekanallarla nümayiş etdirilib.
26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncinin ölkəmizin paytaxtı ilə tanışlığını əks etdirir. Onlar birlikdə Bakı və şəhərətrafını gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər. Tar musiqisi ilə müşayiət olunan film boyu iki macar gənci ölkəmiz haqqında təəssüratlarını bölüşür, həmvətənlərini turist kimi Bakıya gəlməyə, Azərbaycanla daha yaxından tanış olmağa səsləyir.

Mənbə; ANSPRESS

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı