Bakı-Horadiz qatarının hərəkətində 1 saatdan çox ləngimə olub

296
Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində hərəkətdə olarkən qatarda texniki nasazlıq yaranıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, nasazlıq aradan qaldırılandan sonra qatar təyinatı üzrə yola salınıb. Nasazlığın başvermə səbəbləri araşdırılır.
Hadisə nəticəsində qatarın hərəkətində 1 saat 10 dəqiqə ləngimə qeydə alınıb.
Azərtac.az
