CƏMİYYƏT 2020.01.25 00:35

Bakı metorsunda gərginlik: Qatar dayandı, vaqonlar təcili boşaldıldı

106

Dialoq.info oxu.az-a istinadla xəbər verir ki, hadisə metronun “Elmlər Akademiyası” stansiyasında baş verib.

“Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkətdə olan qatar stansiyaya çatanda sərnişinlərin qatarı tərk etməsi bildirilib. “Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O bildirib ki, metronun Elmlər Akademiyası stansiyasında yeni qatarların birində problem yaşanıb: “Qatarda olan sərnişinlərdən biri “acil çıxış” düyməsinə basıb. Bu səbəbdən stansiyaya daxil olan qatarın qapıları bağlanmayıb. Boş qatar “İnşaatçılar” stansiyasına yollanıb. Orada yaranmış problem aradan qaldırılıb. Qatarların intervalında gecikmə olmayıb”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı